Yan 24, 2024 17:20 Asia/Baku
  • Rusiyadan Türkiyəyə reaksiya

Türkiyə palamentinin İsveçin NATO-ya üzvlüyünə səs verməsi Rusiyanın reaksiyasına səbəb olub.

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib: “İsveçin NATO-ya üzvlüyünə razılıq verməklə Türkiyə daxili siyasəti ilə bağlı məsələləri həll edir, təəssüf ki, Ankara bütün bəşəriyyətin deyil, vahid blokun maraqlarından çıxış edir.”

Konstantin Kosaçev sözlərini belə davam etdirib:

“Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmasına səs verib. Əgər bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başqa oyunu deyilsə, artıq məsələ həll olunub. Çox güman ki, bəli, çünki Türkiyə üçün İsveçin bloka daxil olmasına icazə xarici deyil, daxili siyasətlə bağlı məsələ idi. Görünür, istədikləri hər şeyi aldılar”, - Kosaçev bildirib.

Qeyd edək ki, dünən Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib