Yan 28, 2024 14:31 Asia/Baku
  • Gürcüstan və Ermənistanın strateji tərəfdaşlıq memorandumu

Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq memorandumu imzalanıb- bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatında açıqlayıb.

İrakli Qaribaşvilinin dediyi kimi, Gürcüstan və Ermənistan hər zaman strateji dost və tərəfdaş olublar və bu reallıq bu gün rəsmiləşdirilib.

“Son aylarda üzərində işlədiyimiz bugünkü qərarı xüsusilə ayırmaq istəyirəm. Hələ keçən ilin yayında biz strateji əməkdaşlıq haqqında memorandum imzalayacağımızı elan etmişdik. Həmçinin, onu da qeyd etmək istərdim ki, biz ənənəvi olaraq tarixən olduqca güclü müttəfiqik, dostuq, təkcə qonşu deyilik. Bizim bütün istiqamətlərdə olduqca güclü tərəfdaşlığımız, münasibətlərimiz, əməkdaşlığımız var və de-fakto olaraq, demək olar ki, biz onsuz da strateji dost, strateji tərəfdaş idik. Bu gün demək olar ki, bu reallıq, vəziyyət rəsmiləşib və biz rəsmi olaraq strateji tərəfdaşlıq haqqında əməkdaşlıq sazişini imzaladıq”- Qaribaşvili açıqlayıb.

Tibilisidə hökumət administrasiyasında keçirilən brifinqdə Qaribaşvili Gürcüstan və Ermənistan arasında iqtisadi əlaqələrdən də danışıb.

“Məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. Ticarət dövriyyəsi artıq bir milyard dolları ötüb. Ermənistan Gürcüstan üçün altıncı ticarət tərəfdaşı və ikinci ixrac ölkəsidir. Ötən il Ermənistandan bizə bir milyona yaxın turist və qonaq gəlib ki, bu da ölkəmizin iqtisadiyyatının inkişafı üçün çox vacibdir”, - Gürcüstanın baş naziri bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Ermənistan son bir neçə ayda strateji əməkdaşlıq haqqında sazişin imzalanması üzərində işləyir.

“Biz ənənəvi, tarixən çox güclü müttəfiqlərik, dostlarıq, təkcə qonşu deyilik. Bütün istiqamətlərdə çox yaxşı tərəfdaşlığımız var. Biz artıq faktiki olaraq strateji dost və tərəfdaş idik. Bu gün bu vəziyyət rəsmiləşdi və biz strateji tərəfdaşlıq haqqında saziş imzaladıq. Hər iki ölkənin hökumətləri iqtisadi-ticari əlaqələri daha da inkişaf etdirməyə hazırdır”, - Qaribaşvili bildirib.

Gürcüstanın baş naziri həmçinin regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan hər zaman bu işə öz töhfəsini verməyə hazırdır.

“Biz Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə və ümidlə baxırıq. Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalayacağını ümid etdiyimizi bildirmək istəyirəm. Bu, şübhəsiz ki, regionda sülhü təşviq edəcək və möhkəmləndirəcək, ölkələrimiz və xalqlarımız üçün vacib olan sabitliyə kömək edəcək”, - deyə İrakli Qaribaşvili bildirib.

Qeyd edilməlidir ki, regionda sürətli baş verən dəyişmələr xüsusilə Qərblə Rusiya arasında artan gərginlik, istər Gürcüstan və istərsədə Ermənistana təsirsiz ötüşmür. Bu özünü həm iqtisadi həmdə siyasin əlaqələrdə qarşılıqlı münasibətlərdə özünü daha da biruzə vermiş olur.

Təsadüfi deyil ki, Gürcüstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında çıxışında Qafqazda çalışılan sülhün regiona vacibliyindən danışarkən

“Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq” deyib. Lakin Qərbin Gürcüstan və Ermənistan üzrəində cızdığı paln daha tez yerinə oturacağı qaçılmazdır. Çünki hər iki ölkənin strateji xıttini birləşdirən Avropa İttifaqına üzvlük istər istəməz regional əlaqələrin gedişatında özünü daha qabarıq biruzə verəcəkdir.