Fev 02, 2024 16:27 Asia/Baku
  • “Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir”

Ermənistanın baş naziri Konstitusiyada və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edilməsinin zərurətini müdafiə edib.

Nikol Paşinyan ölkənin İctimai radiosuna müsahibəsində deyib: “Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, heç vaxt sülh olmayacaq”.

Baş nazir vurğulayıb ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır.

Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

O sonra Rusiya ilə müdafiə sahəsində əməkdaşlığın nəzərdən keçirildiyino və bunun artıq keçmişdəki kimi ola bilməyəcəyini söyləyib.

Nikol Paşinyan bu barədə deyib: “Biz başa düşməliyik ki, kiminlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”.

Paşinyanın fikrincə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmadığını başa düşməlidir.