Fev 02, 2024 16:34 Asia/Baku
  • İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında əsl sülh mövcuddur

Azərbaycan prezidenti son bir neçə ayda sərhədlərdə vəziyyətin sakit olduğuna diqqət çəkib və vurğulayıb ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında həqiqi sülh var.

 İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibi Martin Çonqonqla görüşündə deyib: “Baxmayaraq ki, sülh müqaviləsinin imzalanması ilə bu məsələ məntiqi və qəti nəticəyə çatmalıdır”.

Onun sözlərinə görə, Ermənistan öz konstitusiyasına və digər hüquqi sənədlərə dəyişiklik etsə və Azərbaycan Respublikası ilə ərazi mübahisəsinə son qoysa, rəsmi Bakı və İrəvan sülh edə bilər.

Ermənistanın Müstəqillik Bəyannaməsinin birbaşa olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana ilhaq edilməsini və öz qonşusunun ərazi bütövlüyünün pozulmasını tələb etdiyini vurğulayan Azərbaycan Prezidenti xatırladıb ki, Ermənistanda konstitusiyaya dəyişikliklə bağlı ölkədaxili müzakirələrin aparılması rəsmi Bakı ilə İrəvan arasında tez bir zamanda davamlı sülhün əldə olunmasına zəmin yarada bilər.