Azərbaycanla sülh prosesində həlledici məqam;
https://azeri.sahartv.ir/news/qafqaz-i408205-azərbaycanla_sülh_prosesində_həlledici_məqam
Konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistanda mübahisə doğurub
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2024 06:53 Asia/Baku
  • Azərbaycanla sülh prosesində həlledici məqam;

Konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistanda mübahisə doğurub

Konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistanda qızğın mübahisələrə səbəb olub.

Baş nazir Nikol Paşinyan konstitusiyadan 1990-cı il Müstəqillik Bəyannaməsinə dair müddəaların çıxarılmasını tələb etsə də, müxalifət bunun Azərbaycanın tələblərinə uyğun plan olduğunu düşünür.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Sözü gedən bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunub.

Paşinyan ötən həftə bir daha indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar konstitusiyada qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmyacaq.