Fev 10, 2024 15:03 Asia/Baku
  • Rusiya Qarabağ ermənilərinin qayıtmasına kömək etməyə hazırdır

Qarabağ erməniləri regiona qayıtmaq istəsələr, Rusiya onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır, bu barədə RF XİN başçısının müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

"Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu səbəbdən qayıtmaq istəyənlərin hüquq və təhlükəsizlikləri lazımi şəkildə təmin edilməklə qayıtması üçün şərait yaradılması vacibdir", deyə o, qeyd edib.

"Bu prosesə iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingentinin xətti ilə də hərtərəfli yardım göstərməyə hazırıq", deyə diplomat əlavə edib.

Qaluzin həmçinin bildirib ki, Rusiya "Azərbaycanda və Ermənistanda konsul iştirakının genişləndirilməsi üzərində" işləyir. "Bu, ortaq tariximiz və mədəniyyətimiz olan dost ölkələrdir", deyə Rusiyalı diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Rusiya konsulluğu yalnız RF-nin Bakıdakı səfirliyində mövcuddur.