Ermənistana yardım göstərən ölkələr
Fransa Ermənistana 29 milyon avro dəyərində humanitar yardım göstərib. Ermənistana humanitar yardımlar göstərən ölkələr arasında isə ABŞ və İtaliya birinci və ikinci yerdə durur.
Avropa və xarici işlər naziri Stefan Sejurne Fransada səfərdə olan ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü zamanı İrəvana göstərilən yardımdan danışıb.
Görüşdə Sejurne Fransanın 2023-cü ildə Ermənistana 29 milyon avro məbləğində yardım etdiyini bildirib və humanitar dəstəyin bundan sonra davam etdirəcəklərini vurğulayıb.
Ermənistan XİN-in məlumatına görə, Mirzoyanla Stefan Sejurne arasındakı görüşün gündəliyinə həm ikitərəfli əməkdaşlığa, həm də regional mövzulara təsir edən geniş spektrli məsələlər daxil olub.
Ermənistanın Statistika Komitəsinin məlumatında isə Fransanın humanitar yardımları barədə göstərdiyi məbləğdən xəbər yoxdur.
Həmin komiyənin məlumsyıns görə İrəvana yardım göndərən ölkələr arasında ABŞ birinci yerdə durur.
“Ermənistana ötən ildə 35 milyon 649 min dollar dəyərində humanitar yardım göndərilib. Ən böyük həcmlə humanitar yardım göndərən ölkələr ABŞ, sonra İtaliya və İsveçrədir. Sonrakı yerlərdə Almaniya, Çin və Fransa gəlir”,- Ermənistan Statistika Komitəsinin verdiyi məlumatda deyilir.
Humanitar yardımlara kimya və bununla əlaqədar sənayelərin məhsulları, maşın, avadanlıq və mexanizmlər, tekstil məhsulları daxildir.
Məlumata görə ümumilikdə Ermənistana göndərilən humanitar yardımın təxminən yarısı Avropa Birliyi ölkələrinə aiddir.