Ermənistan ABŞ Konqresinin gündəmindən düşmür
“Ermənistanın müdafiəsi aktı” layihəsi Nümayəndələr Palatasına təqdim edildi
ABŞ Konqresinin üzvü, Erməni Məsələləri Komitəsinin həmsədri Frank Fallone ABŞ Nümayəndələr Palatasına “Ermənistanın müdafiəsi aktı” adlı qanun layihəsini təqdim edib.
F.Pallone bu haqda özünün X mikrobloqunda yazıb: “Əliyev keçən il Artsax üzərinə ölümyağdırıcı hücum əmrini verməklə beynəlxalq hüququ pozdu. O, 120 min ermənini öz ata-baba yurdundan, doğma vətənindən didərgin salan soyqırım kampaniyasının ağır nəticələri üçün hələ də ciddi nəticələrlə üzləşməyib. Ona görə də, ABŞ-ın Əliyevi məsuliyyətə cəlb etmək üçün tədbirlər görməsinin vaxtı gəlib çatıb”.
O, qeyd edib ki, Nümayəndələr Palatasına “Ermənistanın müdafiəsi aktı” təqdim edilib və bu, ABŞ-ın Azərbaycana gələcək bütün təhlükəsizlik yardımlarını kəsəcək və onların sülh danışıqlarında etibarlı tərəf ola biləcəyinə dair sübut tələb edəcəkdir.