Qərb Ermənistan üzərində oyun qurub
İrəvan NATO-ya dəvət olunurmu?
Fev 15, 2024 13:15 Asia/Baku
Avropa Komissiyasının sədri Ermənistanın NATO alyansına qoşulmasını mümkün hesab edir.
NATO-nun genişlənməsi üzrə Avropa Komissiyasının rəhbəri Günter Flinger X platformasında yazdığı mesajda bildirib: “Biz bütün bunları təhlil etməli və Ermənistanın milli maraqlarının nədən ibarət olduğunu başa düşməliyik”.
Buna reaksiya olaraq, “Yeni Rusiya Dövlətinin İnkişafı” İnstitutunun direktoru NATO-nun Ermənistanda olmasının mümkünlüyü barədə xəbərdarlıq edərək bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu müddətdə bu ölkədə heç bir Amerika hərbi bazası yaradıla bilməz.
Xatırladaq ki, 2 min nəfərlik əməkdaşı olan ən böyük Amerika səfirliklərindən biri Ermənistanda yerləşir və onların arasında çoxlu hərbçi var.