ABŞ Dövlət Departamenti Azərbaycanın erməni qoşunlarına qarşı hücumuna münasibət bildirdi
Gücdən istifadə danışıqlara xələl gətirir
Fev 15, 2024 18:21 Asia/Baku
ABŞ hökuməti fevralın 13-də Sünik vilayətində 4 erməni əsgərinin ölümü ilə nəticələnən sərhəd toqquşmasından “narahatlıq” ifadə edib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqində deyib: “Biz bir neçə itki ilə nəticələnən ölümcül hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasında oturmaqdır”. Onun sözlərinə görə, hər hansı atəşkəs pozuntusu araşdırılmalı və lazımi şəkildə aradan qaldırılmalıdır.
Ermənistan Xarici İşlər Nazirliyi fevralın 13-də Azərbaycanı hərbi təxribat törətməkdə ittiham edərək bildirib ki, Bakı daim sülh prosesini pozmağa çalışır.