Nikolay Patruşev:
Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa çalışır
Fev 16, 2024 15:28 Asia/Baku
Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan nizamlanmasının qarşısını almağa çalışır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Qərblilərin Cənubi Qafqazda vəziyyəti silkələmək, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini görürük ki, bu da bu regionlarda vəziyyətin kəskinləşməsinə səbəb olub”, - Patruşev bildirib.
Qeyd edək ki, ABŞ və Avropa qurumları Azərbaycan Respublikası ilə Ermənistan arasında birbaşa sülh danışıqlarına dolayısı yollarla maneəçilik yaradırlar. Qərb Cənubi Qafqazda sülh və sakitliyin bərqərar olacağı təqdirdə özünün bu regiona nüfuz imkanlarını itirəcəyindən nigarandır.