Nikolay Patruşev: Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır
https://azeri.sahartv.ir/news/qafqaz-i408508-nikolay_patruşev_qərb_cənubi_qafqazda_vəziyyəti_gərginləşdirməyə_çalışır
Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Qərb dövlətlərini Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2024 12:27 Asia/Baku
  • Nikolay Patruşev: Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Qərb dövlətlərini Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışmaqda ittiham edib.

Nikolay Patruşev Qırğızıstan paytaxtı Bişkekdə Mərkəzi Asiya ölkələrinin və Avropa İttifaqının Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndələrinin görüşündə çıxışı zamanı deyib: “Biz qərblilərin Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük ki, bu da bu regionlarda vəziyyətin gərginləşməsinə gətirib çıxarıb”.

 Qeyd edək ki, ABŞ və Fransanın Cənubi Qafqazda şübhəli fəaliyyətləri, xüsusən də Ermənistanı Rusiyadan ayırmaq cəhdləri Moskvanı hövsələdən çıxarıbdır.