Fev 17, 2024 16:28 Asia/Baku
  • Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması müzakirə edilib

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Şolts arasında görüş olub.

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, liderlər Ermənistan-Almaniya ikitərəfli gündəliyi, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan bu görüşdə kansler Şoltsun dialoqu dəstəkləyərək Cənubi Qafqaz regionunda sülh və sabitliyi təmin etmək səylərini yüksək qiymətləndirib və Ermənistanın sülh prosesinə sadiqliyini bir daha təsdiqləyib.

Almaniya kansleri isə sülh və dialoq üçün səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.

Bu arada Münhendə Paşinyan, Əliyev və Şolts arasında üçtərəfli görüşün keçirildiyi xəbər verilir.