Polad Bülbüloğlu təsdiqlədi:
https://azeri.sahartv.ir/news/qafqaz-i408663-polad_bülbüloğlu_təsdiqlədi
Azərbaycanlı idmançı Ermənistanın tələbi ilə saxlanılıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2024 10:16 Asia/Baku
  • Polad Bülbüloğlu təsdiqlədi:

Azərbaycanlı idmançı Ermənistanın tələbi ilə saxlanılıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib:

"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir.”

Bülbüloğluna görə K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər.

Səfir məhkəmənin qərarını gözlədiyini deyib.