Paşinyan Fransaya gedib
Fev 21, 2024 17:48 Asia/Baku
Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Fransaya gedib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyanın bu gün Fransa səfəri proqramına Fransa Prezidenti Emmanuel Makronla görüş, iki dövlətin başçılarının iştirakı ilə Fransanın milli qəhrəmanı, Müqavimət Partiyasının erməni üzvü olan Misak Manuşyan və həyat yoldaşı Meline Manuşyanın Panteonda yenidən dəfn mərasimində iştirak edəcəklər.
Mətbuat xidməti xəbər verir ki, işgüzar səfər çərçivəsində Paşinyan Fransa Senatının rəhbəri, baş nazir, eləcə də Paris meri ilə də görüşəcək.