Ermənistan Təhlükəsizlik Şurasının katibi açıqlama verdi
İrəvan Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb
Fev 22, 2024 14:11 Asia/Baku
Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi aldıqlarını bildirib.
Bu barədə jurnalistlərə açıqlamasında Armen Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, sülh sazişi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq və hazırda bununla bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.