İrəvan Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb
https://azeri.sahartv.ir/news/qafqaz-i408695-İrəvan_bakıdan_sülh_sazişi_ilə_bağlı_növbəti_təkliflər_paketi_alıb
Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi aldıqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2024 10:41 Asia/Baku
  • İrəvan Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi aldıqlarını bildirib.

Bu barədə jurnalistlərə açıqlamasında Armen Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, sülh sazişi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq və hazırda bununla bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.