Ermənistan XİN rəsmisi müzakirələrin son vəziyyətindən danışdı
Azərbaycanla sülh müqaviləsinin mətnini müzakirə edəcəyik
Ermənistan xarici işlər nazirinin müavini jurnalistlərə açıqlamasında deyib ki, hazırda nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir.
Vahan Kostanyan əlavə edib: “Ümid edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bütün məsələlərin müzakirə olunacağı görüş baş tutacaq”.
O, Ermənistanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı tövsiyələrinin son variantını aldığını bildirib. “Ermənistan tərəfi Azərbaycanla münasibətləri normallaşdırmağa hazırdır. Bu yaxınlarda Münxendə Ermənistan və Azərbaycan liderləri arasında görüşün baş tutmasını müsbət hesab etmək olar, lakin son nəticədə biz görüşlərdən və müzakirələrdən daha praktiki hərəkətlərə və danışıqlarda əldə edilmiş razılaşmalara keçməliyik”, - deyə Ermənistan rəsmisi qeyd edib.