Fev 23, 2024 14:00 Asia/Baku
  • Nikol Paşinyan: Ermənistan təhlükəsizlik blokunda iştirakını dondurur

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun ölkəsi Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik blokunda iştirakını dondurur.

Röyters Xəbər Agentliyinin məlumatına əsasən, Paşinyan cümə axşamı France-24 kanalından yayımlanan müsahibəsində deyib: “Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub, çünki bu təşkilat ölkəni iflasa uğratdı”.

Paşinyan həmçinin Ermənistanın son 30 ildə iki müharibə apardığı Azərbaycanın uzunmüddətli sülh müqaviləsi bağlamaq üçün lazım olan prinsiplərə əməl etmədiyini bildirib və Azərbaycanın növbəti hücuma hazırlaşdığını iddia edib.

Ermənistan baş nazirinin sərgilədiyi mövqeyə cavab olaraq Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin isə deyib ki, Rusiya Qərb dövlətlərinin, ABŞ və onun peyklərinin Moskva ilə bağlı regionda geosiyasi problemlərini həll etmək üçün Ermənistana necə təzyiq göstərdiyini başa düşür.