Fransanın baş naziri rəsmi Parisin Cənubi Qafqazla bağlı mövqeyinin dəyişməz olduğunu bildirib:
“Ermənistan və Fransa həmişə xüsusi münasibətləri qoruyacaqlar”
Fev 23, 2024 14:03 Asia/Baku
Fransanın baş naziri X platformasında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən fotonu dərc edərkən Ermənistan və Fransanın xüsusi münasibətlərə malik olduqlarını və bunun həmişə davam edəcəyini vurğulayıb.
Qabriel Attal yazıb: “İnfrastruktur, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq genişləndiriləcək. Ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı istəyimizi bir daha təsdiqlədik. Hörmətli Nikol Paşinyana fikir mübadiləsinə görə təşəkkür edirik”.
Fransanın baş naziri onu da qeyd edib ki, rəsmi Paris Ermənistanın suverenliyini və ərazi bütövlüyünü hərtərəfli dəstəkləməyə davam edəcəkdir.