Avropa İttifaqından Azərbaycana xəbərdarlıq:
Fev 28, 2024 14:10 Asia/Baku
“Ermənistana hücum olsa, reaksiya verəcəyik”
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi bəyan edib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi pozulacağı təqdirdə Avropa buna reaksiya verəcək.
Piter Stano erməni mediasına deyib: “Biz hər şeyi həll edən yeganə sehrli çubuq kimi yalnız sanksiyalara diqqət yetirə bilmərik. Sanksiyalar özlüyündə bütün problemlərin həlli deyil”.
Stano qeyd edib ki, Aİ yeni tərəfdaşlıq çərçivəsində Ermənistana onun təhlükəsizliyini təhdid edən şəraitdə daha güclü və istənilən problemə qarşı daha davamlı olmağa kömək edəcək. Amma vəziyyət mənfi istiqamətdə inkişaf etməkdə davam edərsə, üzv dövlətlər Azərbaycana təzyiq göstərəcəklər.