KTMT böhranı səngimək bilmir
https://azeri.sahartv.ir/news/qafqaz-i408851-ktmt_böhranı_səngimək_bilmir
Kreml izahat istədi, İrəvandan cavab yoxdur
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 28, 2024 11:58 Asia/Baku
  • KTMT böhranı səngimək bilmir

Kreml izahat istədi, İrəvandan cavab yoxdur

Ermənistan hələ də öz tərəfdaşlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı atacağı addımlar barədə xəbərdar etməyib.

Bu barədə TASS Xəbər Agentliyi öz mənbəsinə istinadla məlumat yayıb.

mənbə bildirib ki, Ermənistan hökuməti tərəfdaşların heç birinə izahat və ya bildiriş verməyib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-də fəaliyyətini dondurduğu barədə açıqlamasından sonra Kreml izahat tələb etmişdi.