Azərbaycan və Ermənistan müzakirə masasına qayıtdılar
Fev 28, 2024 19:52 Asia/Baku
Berlində XİN rəhbərlərinin görüşü keçirilir
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü baş tutub.
Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində keçirilir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Münhendə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü təşkil olunub.
Görüşə Almaniyanın xarici işlər naziri Annalena Berbokun da qatıldığı xəbər verilir.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə fevralın 17-də Münhendə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlar baş tutub.