Mart 03, 2024 13:42 Asia/Baku
  • Türkiyə ilə Ermənistan arasında buzlar əriyir

Türkiyə prezidentinin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi iki qonşu dövlət arasında dialoqun bərpa olunacağını bildirib.

Sərdar Kılıç deyib ki, sadəcə görüş naminə görüşün mənası yoxdur. “Bilirsiniz ki, ən son görüşümüzdə sərhədlərimizin üçüncü ölkə vətəndaşları və diplomatik pasporta sahib olan şəxslərin keçidi üçün açmaq qərarı vermişdik. Bizim indiyədək görüşməməyimizin səbəbi bunu həyata keçirməməyimiz olub. Və indi bu razılaşmanı necə reallaşdıra, nələr əlavə edə bilməyimiz üçün görüşməyimiz lazımdır. Çünki biz Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə vermək istəyirik. Bu prosesin irəliləməsi Azərbaycan-Ermənistan normallaşma prosesinə də müsbət töhfə verəcək”, - deyə səfir Sərdar Kılıç vurğulayıb.

Öz növbəsində rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa tam hazır olduğunu açıqlayıb.

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan CNN Türk kanalına müsahibəsində deyib: “Rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa da tam hazırdır. Bu, bütün regionun xeyrinə olacaq. Bizim üçün münasibətlərin normallaşması üçün hansısa əngəl yoxdur”.

 

 

Teqlər