Mart 05, 2024 10:52 Asia/Baku
  • “Aİ müşahidəçiləri Rusiyaya qarşı necə casusluq edə bilərlər?”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Aİ-nin bu ölkədə mülki missiyasının sayını artıracağını bildirib.

Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə deyib: “Ermənistan-Azərbaycan sərhədi çox uzundur. Biz hesab edirik ki, Avropa İttifaqının missiyası səmərəli iş aparır və, ona görə də, işi davam etdirmək və onu daha effektiv etmək üçün daha böyük imkanlara malik olmalıdır”.

O həmçinin, Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarovanın Aİ müşahidəçilərinin “Rusiya və İrana qarşı kəşfiyyat xarakterli fəaliyyət göstərirlər” barədə bəyanatına toxunaraq bu iddiyanı anlaşılmaz qiymətləndirib.

“Mən başa düşə bilmirəm ki, Rusiya öz problemlərini həll etmək üçün niyə başqa ölkələr haqqında danışır. Birincisi, Aİ müşahidəçiləri Ermənistan-İran sərhədində yoxdur və onlar yalnız Azərbaycanla sərhəddə iştirak edirlər, regiona sabitlik gətirirlər, sabitliyin olması Ermənistanın maraqlarına cavab verir. İkincisi Aİ müşahidəçiləri Rusiyaya qarşı necə casusluq edə bilərlər, Rusiya istənilən ittihamı irəli sürə bilər, qoy faktlar təqdim etsinlər, müzakirə edək”, –  deyə Qriqoryan bildirib.

 

Teqlər