Ermənistanın Avropa İttifaqına üzv olması gündəmə gəlir
https://azeri.sahartv.ir/news/qafqaz-i409336-ermənistanın_avropa_İttifaqına_üzv_olması_gündəmə_gəlir
Avropa Parlamentinin Ermənistana Aİ üzvlüyünə namizədlik statusunun verilməsini tövsiyə edən qətnaməsi böyük səs çoxluğu ilə qəbul olunub.
(last modified 2024-03-14T05:57:32+00:00 )
Mart 14, 2024 09:56 Asia/Baku
  • Ermənistanın Avropa İttifaqına üzv olması gündəmə gəlir

Avropa Parlamentinin Ermənistana Aİ üzvlüyünə namizədlik statusunun verilməsini tövsiyə edən qətnaməsi böyük səs çoxluğu ilə qəbul olunub.

Qətnamənin leyhinə 504, əleyhinə 4 səs verilib. 31 millət vəkili bitərəf qalıb.

Sənədddə deyilir ki, “Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və ölkə onun demokratiyasını möhkəmləndirən stabil islahatları həyata keçirmək yolunu davam etdirərsə, bu, Aİ-Ermənistan münasibətlərinin transformasiya mərhələsi üçün baza ola bilər”.

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə həmçinin Avropa İttifaqına, Avropa Komissiyasına və Avropa Şurasına Ermənistanın Aİ ilə əməkdaşlığının genişləndirilməsinə dəstək verilməsi üçün çağırış edilir.

Xəbərdə deyilir ki, sözü gedən qətnamə, Avropa Parlamentinin başqa qətnamələri kimi icra üçün icbari olmasa da, bu hadisə İrəvanın Avropa ailəsinə daha yaxın olmaq və Rusiyadan uzaqlaşmaq niyyətinə Avropadan ilk reaksiya olub.

Qətnamədə Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il oktyabrın 17-də Avropa Parlamentinə müraciətindən sitat gətirilir: “Ermənistan Respublikası Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxın olmağa hazırdır”.

Avropa Parlamentinin qətnaməsində sonra Azərbaycan rəhbərliyi Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə ittiham olunub. Bildirilir ki, Azərbaycan ordusu Ermənistanın suveren ərazisinin təxminən 170 km2-ni işğal etməkdə davam edir.