ABŞ kəşfiyyatı Cənubi Qafqazla bağlı hesabat yaydı
“Azərbaycanla Ermənistan arasında silahlı münaqişə ehtimalı var”
Mart 14, 2024 13:38 Asia/Baku
ABŞ Kəşfiyyatının yeni hesabatında Azərbaycan və Ermənistan arasındakı münasibətlərin gərgin olaraq qalacağı vurğulanır.
Hesabatda deyilir ki, Azərbaycanın Qarabağı geri alması ilə qeyri-sabitlik səngisə də, Azərbaycanın Ermənistana qarşı hərbi təzyiq etmək istəyi davam edir.
Hesabat müəllifləri qeyd ediblər ki, rəsmi sülh sazişinin olmaması, orduların bir-birinə yaxın yerləşməsi, etibarlı atəşkəs təminatı mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda ölçülüb-biçilmiş hərbi təzyiqdən istifadə etmək istəyi mürəkkəb vəziyyət yaradıb.
ABŞ kəşfiyyatı sonda belə nəticə çıxarıb ki, Azərbaycanın Naxçıvanla birləşmək üçün quru dəhlizinə sahib olmaqda israr etməsi silahlı münaqişə ehtimalını artırır.