Mart 15, 2024 12:50 Asia/Baku
  • Rusiyada prezident seçkilərinə start verilib

Rusiyada 3 gün davam edəcək prezident seçkilərinə start verilib.

Moskvada onlayn səsvermə saat 08.00-da başlayıb. İlk dəqiqələrdən elec.mos.ru səhifəsində səs vermək istəyənlərin çoxluğu qeyd edildiyindən sistem elektron növbə rejimində işləyib. Rusiya prezident seçkilərində ilk saat yarım ərzində məsafədən elektron səsvermədə təxminən 565 min nəfər iştirak edib.

Yaşayış yeri üzrə hər bir seçki məntəqəsində həm kağız bülletenlər, həm də elektron səsvermə terminalları hazırlanıb.

Terminallar və ya mos.ru portalı vasitəsilə elektron səsvermə formatını seçənlər üçün təşviqedici metodlar tətbiq olunur.  

Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.

İlk dəfədir ki, səsvermə üç gün ərzində keçirilir və ölkə regionlarının təxminən üçdə birində mövcud olan uzaqdan elektron səsvermədən istifadə edilir.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: 

Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.