Mart 16, 2024 14:22 Asia/Baku
  • Ermənistana risklər barədə xəbərdarlıq edilir

Təmaslar zamanı Moskva Qərb dövlətlərinin İrəvanı antirusiya kursuna cəlb etməsini müzakirə edir, Ermənistana risklər barədə xəbərdarlıq edilir. Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova "RİA Novosti"yə açıqlamasında deyib.

Zaxarova əlavə edib ki, Moskvanın bəzi arqumentlərini Ermənistan qəbul edib, hətta müəyyən tədbirlər də görülüb.

Zaxarovanın sözlərinə görə, Moskva səmimiyyətlə Ermənistanın öz suverenliyini qoruyub saxlamasını və milli maraqlara əsaslanan siyasət yürütməsini istəyir.

“Ermənistanın KTMT-dən çıxması ölkənin milli maraqlarına uyğun deyil, o, haradasa Brüssel ərazisində “hazırlanıb”,- Zaxarova bildirib.

O deyib ki, Ermənistanın KTMT-dən mümkün çıxması Qərblə “flört”ə deyil, ölkənin real ehtiyaclarına əsaslanmalıdır.