“Ermənistan məlum səbəbdən KTMT-də iştirakını dondurub”
https://azeri.sahartv.ir/news/qafqaz-i409456-ermənistan_məlum_səbəbdən_ktmt_də_iştirakını_dondurub
Ermənistan xarici işlər naziri bildirib ki, onun ölkəsi məlum səbəbdən KTMT-də iştirakını müəyyən qədər dondurub.
(last modified 2024-03-17T05:39:58+00:00 )
Mart 17, 2024 09:39 Asia/Baku
  • “Ermənistan məlum səbəbdən KTMT-də iştirakını dondurub”

Ermənistan xarici işlər naziri bildirib ki, onun ölkəsi məlum səbəbdən KTMT-də iştirakını müəyyən qədər dondurub.

Ararat Mirzoyan əlavə edib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın sərhədlərinin pozulması və suveren ərazisinin işğalı ilə bağlı məsələyə toxunmağa borclu idi. Lakin bu günə qədər KTMT üzrə tərəfdaşlarımızın Cənubi Qafqazda öz məsuliyyət sahəsini necə təsəvvür etdikləri bizə aydın deyil”.

Onun sözlərinə görə, KTMT, iştirakçı ölkələrin qarşılıqlı yardım və bir-birinin ərazi bütövlüyünü qorumaq öhdəliyi götürdüyü bir təşkilatdır.