Qriqori Karasin:
“Dünyanın ən ermənipərəst ölkəsi Rusiyadır”
Mart 22, 2024 14:13 Asia/Baku
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin qeyd edib ki, Qərb yerli elitanı Moskvaya qarşı qoyaraq Ermənistanı Rusiyadan qoparmağa çalışır.
Erməni mediasının verdiyi məlumata görə eyni zamanda Karasin diqqəti ona yönəldib ki, əslində Rusiyadan başqa dünyada erməni maraqlarını nəzərə almağa hazır olan dövlətlər yoxdur.
“İrəvan Rusiyadan daha ermənipərəst birini tapa bilməz. Bunun bir çox səbəbləri var - tarix və qan bağlarından tutmuş, regional təhlükəsizlik prioritetlərinə qədər. Ciddi düşünməyin vaxtıdır”, - deyə Qriqori Karasin bildirib.