Mart 23, 2024 14:25 Asia/Baku
  • Keçmiş müdafiə naziri itaətsizliyə çağırdı

Ermənistanın keçmiş müdafiə naziri ordunu Azərbaycan kəndlərindən çıxmaq əmrinə itaət etməməyə çağırıb.

Keçmiş müdafiə naziri və “Hayastan” müxalifət fraksiyasının lideri Seyran Ohanyan deyib ki, Paşinyanın kəndləri birtərəfli qaydada Bakıya qaytarmaq planı qanunsuzdur, çünki Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün qarşılıqlı qəbul olunmuş mexanizm hələ yoxdur.

Xatırladaq ki, Paşinyan kəndlərin Azərbaycana qaytarılması zərurətini bu həftə həmsərhəd Tavuş mərzinə səfər edərkən yerli sakinlərə izah edib.

O bildirib ki, Aşağı Əskipara, Xeyrimli, Bağanis Ayrım və Qızılhacılı kəndləri rəsmən Azərbaycana aiddir, amma 1991-1992-ci illərdə Ermənistan ordusu tərəfindən tutulub. Ona görə də sözü gedən kəndlər daha bir müharibənin olmaması üçün Azərbaycana verilməlidir.