Paşinyan “Tarixi Ermənistan”-dan vaz keçməyə çağırıb
Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan cəmiyyətinin şüurunda eləcə də reallıqda tarixi Ermənistandan real Ermənistana çox ağrılı keçidin baş verdiyini deyib.
Paşinyan qeyd edib ki, iki yanaşma var – birincilər tarixi Ermənistandan real Ermənistana keçidə müqavimət göstərir və bunu məqbul hesab etmir, ikincilər isə bunu zərurət hesab edir və təhlükəsizliyin, rifahın, iqtisadi inkişafın, Ermənistanın xoşbəxtliyinin təmini sayır:
“Mənim yanaşmam ondan ibarətdir ki, biz bu yolla getməliyik. Bizim partiyanın missiyası xalqımızın və dövlətimizin tarixi Ermənistandan real Ermənistana keçidinə və uzunmüddətli institusional inkişafına rəhbərlik etməkdir. Qorxuram ki, böyük Ermənistan real Ermənistanı da tarixi Ermənistana çevirsin”,- Paşinyan deyib.
Qeyd edək ki, hegemonçu dövlətlər tərəfindən aşılanan tarixi xülyalar son 30 il ərzində Cənubi Qafqazda qanlı müharibələrlə nəticələnib. Hal-hazırda Azərbaycan və Ermənistanın sülhə yaxınlaşdığı bir şəraitdə bəzi dövlətlər öz nüfuzlarını və məqsədlərini təmin etmək üçün bir daha tərəflərdə tarixi iddiaları qızışdırmağı planlaşdırırlar. Xeyirxah təhlilçilərə görə region xalqılarının xoşbəxtliyi və firavan həyatını özünü döst kimi göstərən dövlətlər və qüvvələrin təsiri altında tarixi iddialarla çıxış etmək deyil, dostluq münasibətləri və regional əməkdaşlıqlar təmin edir.