Ermənistanda revanşistlər hərəkətə keçir
“Döyüş qardaşlığı” birliyinin üzvləri saxlanılıb
Ermənistanda məlum kəndlərin Azərbaycana verilməsinə qarşı çıxan “Döyüş qardaşlığı” adlı qrup üzvlərinin saxlanıldığı bildirilir.
Ermənistanda məlum kəndlərin Azərbaycana verilməsinə qarşı çıxan “Döyüş qardaşlığı” adlı qrup üzvlərinin saxlanıldığı bildirilir.
Məlumata görə, onlar qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinirlər.
Qeyd olunur ki, qanunsuz silah gəzdirmək və saxlamaqda şübhəli bilinən 24 nəfər saxlanılaraq Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə təhvil verilib.
Silahlı dəstənin Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd etdiyi deyilir.
Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi açıqlanıb.
Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə İrəvanın Bakıya güzəştə getməsindən danışıb.
O bildirib ki, Sovet dövründən qalma sərhəd kəndləri məsələsində Bakıya güzəştə getməsə, o zaman gələn həftənin sonunda müharibə başlaya bilər: