Paşinyanın müxalifləri terror üsuluna üz tuturlar
İrəvanda polis idarəsinə basqın: cinayət işi açıldı
Mart 25, 2024 18:06 Asia/Baku
Ermənistan paytaxtı İrəvanda polis bölməsinə basqın edənlər barədə cinayət işi açılıb.
Ermənistan İstintaq Komitəsi məlumat yayaraq bildirib ki, polis bölməsində baş verən partlayış nəticəsində içəri girənlərdən ikisi qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Daha bir nəfər isə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.
Hazırda hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. İrəvanın mer müavini bu insidenti terror kimi səciyyələndirib.