Mart 26, 2024 13:24 Asia/Baku
  • Avropa İttifaqı sülhə mane olmaq istəyir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Respublikası medialarında Ermənistana qarşı təhdidlərin səsləndirilməsini qəbuledilməz adlandırıb.

Avropalı diplomat öz X hesabında belə yazıb: “ Sərhədlərin müəyyənləşdirilməsi üçün real müzakirələrə ehtiyac var və bütün ərazi ixtilafları razılaşdırılmış prosses çərçivəsində və dinc şəkildə həllini tapmalıdır”.

Avropalı diplomatın bu bəyanatına Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadədən cavab gəlib. Hacıxadə X hesabında belə yazıb:

“Cənab Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur.”

A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.

Ermənistan baş naziri Nikol Paşinyanın 4 kəndin bu ölkə ərazisinə daxil olmadığını bildirdiyi bir şəraitdə Avropa rəsmisinin məsələni qəlizləşdirmək cəhdləri göstərir ki, qərb ölkələri və qurumları Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə mane olmaq və bu yolla öz dağıdıcı nüfuzlarına zəmin yaratmaq istəyirlər.