Mart 27, 2024 14:41 Asia/Baku

Ermənistanın baş naziri ölkəsinin Azərbaycanla münasibətləri tarixindən danışarkən qonşu ölkədən qisas almağa çalışmaqda ittiham edib.

Nikol Paşinyan Gümrüdə hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri ilə görüşündə deyib: “İndi elə bir vaxtdır ki, onlar bizdən 30 ilin qisasını almaq istəyə bilərlər. Lakin bu proses dayanmalıdır və biz növbəti nəslə sakit, dinc və xoşbəxt yaşamaq imkanı verməliyik”.

Qeyd edək ki, hazırda anklavlar və Ermənistanın cənubundan keçən kommunikasiya xəttinə nəzarət məsələsi sülh prosesini kölgə altında qoyub.