Mart 27, 2024 15:54 Asia/Baku
  • “Aİ Ermənistana namizəd statusu təklif etməlidir!”

Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı.

NATO-nun baş katibi Anders Foq Rasmussenin 2023-cü ildə yaratdığı “Ermənistanın Dostları Şəbəkəsi” sayılan yüksək səviyyəli qrupun hesabatında deyilir ki, viza rejiminin liberallaşdırılması Ermənistan xalqına əhəmiyyətli dəyişiklik gətirəcək.

Hesabatın həmmüəlliflərinin fikrincə, Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir ki, bu da mühüm siqnal olardı.

Hesabatda bildirilir ki, Aİ-Ermənistan münasibətlərini daha da dərinləşdirmək və gücləndirmək üçün enerji sektoruna diqqət yetirmək vacibdir.