Mart 27, 2024 15:56 Asia/Baku
  • “KTMT-nin qərarlarında iştirak etmirik”

Ermənistanın baş naziri Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində ölkəsinin KTMT ilə əlaqələri barədə məlumat verib.

Nikol Paşinyan deyib: “Bizim qiymətləndirməmizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib, ona görə də bu qurumun qərarlarında iştirak da etmirik, lakin ona mane də olmuruq”.

Paşinyan sonra qeyd edib: “Biz KTMT-də iştirakımızı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bu günə kimi bu qurumda daimi nümayəndəmiz yoxdur və KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik”.

Onun sözlərinə görə, Ermənistan təhlükəsizliklə bağlı əlaqələrini şaxələndirir.