Mart 28, 2024 16:25 Asia/Baku
  • Ermənistanda sürgün hökuməti yaradılıb?

Qarabağdakı keçmiş separatçıların başçısı Samvel Şaharmanyan Ermənistanda sürgün hökumətinin mövcudluğundan xəbər verib. Paşinyan isə bu açıqlamaya sərt reaksiya göstərib.

Sosial şəbəkələrdə yayımlanan videoda Qarabağdakı keçmiş separatçı rejimin sonuncu başçısı Samvel Şaharmanyan ona sürgün hökumətinin mövcudluğu ilə bağlı verilən sualı təsdiqləyib.
"Bəli, sizi qəbul etdiyim binada prezident aparatı, qanunvericilik və hüquq-mühafizə orqanları yerləşir. Parlamentarilər səs vermək üçün bura toplaşa bilərlər" - Şaharmanyan deyib.
O, ötən ilin oktyabrında hökumət üzvlərinin istəsələr öz vəzifələrində qala bilməsi haqqında fərman imzaladığını xatırladıb.

Ermənistan baş naziri isə bu açıqlamaya dərhal münasibət bildirib:

Ermənistanda "mühacirətdə olan Qarabağ hökuməti" ola bilməz. Nikol Paşinyan Ermənistan hökumətinin iclasında deyib.

"Dağlıq Qarabağdan məcburi köçkün düşmüş müəyyən dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan mühacirətdəki hakimiyyətdən danışırlar. Mən açıq şəkildə bildirmək istəyirəm ki, hamı başa düşsün ki, Ermənistanda yalnız bir hökumət var" - Baş nazir bildirib.

Paşinyan qeyd edib ki, üstəlik, bu hamıya aydın olmalıdır və lazım gələrsə, xarici qüvvələrin müəyyən dairələrdən Ermənistanın təhlükəsizliyinə təhdid yaratmasının qarşısını almaq üçün tədbirlər görüləcək.