Rusiya üçün ermənilərin Qarabağa qayıtması vacibdir
https://azeri.sahartv.ir/news/qafqaz-i409845-rusiya_üçün_ermənilərin_qarabağa_qayıtması_vacibdir
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkəsi üçün ermənilərin Qarabağa qayıtmasının vacib olduğunu deyib:
(last modified 2024-03-30T10:28:10+00:00 )
Mart 30, 2024 14:26 Asia/Baku
  • Rusiya üçün ermənilərin Qarabağa qayıtması vacibdir

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkəsi üçün ermənilərin Qarabağa qayıtmasının vacib olduğunu deyib:

“Rusiya üçün ermənilərin Qarabağa qayıtması məsələsi vacibdir. Rusiya sülhməramlılarının bölgədə olması bundan xəbər verir, məsələnin həll olunmadığını göstərir",- Sergey Kopırkin deyib.

"Biz həmişə inanmışıq və bu, açıq şəkildə bəyan edilib ki, ermənilərin "öz tarixi vətənlərində - Qarabağda" yaşamaları vacibdir. Qayıtmaq istəyən Qarabağ ermənilərinin buna haqqı var. Mən başa düşdüyüm kimi, bu hüquq Azərbaycan tərəfdən rədd edilmir”,-deyə səfir bildirib.