Apr 01, 2024 16:18 Asia/Baku
  • Mirzoyan NATO ilə əməkdaşlıqdan danışdı

Ermənistanın gündəmində NATO-ya üzvlük məsələsi yoxdur

Ermənistanın XİN rəhbəri bəyan edib ki, hazırda ölkəsinin gündəmində NATO-ya üzvlük məsələsi yoxdur.

Ararat Mirzoyan Argentinanın “Todos Noticias” televiziyasına müsahibəsində deyib: “Bizim artıq NATO ilə əməkdaşlığımız var, sülhməramlı əməliyyatlarda iştirak edirik, Əfqanıstanda idik, bu yaxınlarda Kosovoda sülhməramlılarımızın sayını artırdıq. Bizim əməkdaşlıq formatımız var. Əgər NATO-ya daxil olmaq üçün müraciət və ya arzuları nəzərdə tutursunuzsa, yox, hazırda Ermənistanın gündəmində belə bir məsələ yoxdur”.

Aİ ilə əməkdaşlığa toxunan Mirzoyan qeyd edib ki, Ermənistan vətəndaşlarının, Ermənistan xalqının Avropa istəkləri var.

Azərbaycanla sülh müqaviləsinin bağlanmasına gəlincə, Mirzoyan həll yollarını tapmaq üçün konstruktiv səylər göstərildiyini vurğulayıb. “Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar var. Onların arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin demarkasiyası var”, - deyə nazir bildirib.

 

Teqlər