Apr 02, 2024 15:14 Asia/Baku
  • ABŞ təlimatçıları Ermənistana gəlib

Amerikalı mütəxəssislər Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində təlim prosesi keçirəcəklər.

Bu məlumata əsasən, ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün Ermənistana gəlib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində planlaşdırılıb və amerikalı hərbçilər təlim prosesi keçirəcəklər.

 

Teqlər