Apr 02, 2024 15:22 Asia/Baku
  • “Ermənistanın yalnız suveren ərazisi KTMT-nin məsuliyyət zonasıdır”

KTMT Ermənistanın tənzimlənən dövlət sərhədləri daxilindəki suveren ərazisini özünün məsuliyyət zonası hesab edir.

Bununla əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) bildirilib: “2010-cu ildə KTMT tərəfindən imzalanmış qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq, məsuliyyət zonası üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin məsuliyyət zonası dövlət sərhədinin keçdiyi yerdə bitir. Bu sərhəd Ermənistan və onun qonşuları arasında, ikitərəfli əsasda müəyyənləşdirilir”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır.

KTMT-dən verilən bəyanatda qeyd olunur ki, “məsuliyyət zonası” son dərəcə mürəkkəb termindir. İrəvan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək istəyir.

“Bir daha deyirik ki, 2010-cu ildəki razılaşmaya əsasən təşkilatın məsuliyyət zonası yalnız ona üzv olan istənilən dövlətin suveren sərhədləri ilə məhdudlaşan ərazisidir”, - deyə bəyanatda qeyd olunub.

Bundan əvvəl Nikol Paşinyan bəyan edib ki, əgər təşkilat “KTMT-nin Ermənistanda məsuliyyət sahəsi haradır?” sualına cavab verməsə, İrəvan ittifaqdan çıxacaq.