Apr 06, 2024 11:26 Asia/Baku
  • Simonyan: Torpaqdan güzəşt olmaz!

Ermənistan parlamentinin sədri bildirib ki, onun ölkəsi heç bir qəsəbəsini, heç bir kəndi, heç bir metr torpağını kimsəyə verməyəcək.

Alen Simonyan bəyan edib ki, Ermənistan Respublikasından hər hansı ərazi, qəsəbə və ya kəndin verilməsi ilə bağlı heç bir müzakirə aparılmır.

Onun sözlərinə görə, Ermənistan Respublikasının aydın xəritəsi var. Həmin xəritə ilə müstəqil olub və bu, müzakirə olunmur.