Qərb Azərbaycana acıq verir
Aİ Ermənistana “atəş açmayan” silahlar verəcək
Avropa İttifaqı (Aİ) öldürücü olmayan silahlarla Ermənistan Silahlı Qüvvələrinə dəstək vermək niyyətindədir.
Bu barədə Aİ-nin İrəvandakı səfiri Vasilis Maraqos aprelin 4-də Milli Assambleyada "Ermənistanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər və çağırışlar" adlı dinləmələrdə bildirib.
Onun sözlərinə görə, söhbət mövcud potensialın gücləndirilməsinə kömək edəcək zəruri dəstəkdən gedir və bu, Avropa Sülh Fondu çərçivəsindədir”.
Maraqos həmçinin əlavə edib ki, Aİ Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsi və nizamlanmasına sadiqdir və Ermənistan silahlı qüvvələrinə dəstək vermək üçün konkret təkliflər hazırlamaq niyyətindədir.
Qeyd edilən qəbil silahlar atəş xüsusiyyətlərinə malik olmayan silahlardır. Bura daha çox mina axtaran qurğular, hava hədəflərini aşkar edən sistemlər, radioelektron vasitələr, qoruyucu jilet və dəbilqələr daxildir.