Apr 07, 2024 13:18 Asia/Baku
  • “Almati Bəyannaməsi barədə Azərbaycanın istəksizliyini görürük”

Ermənistanın xarici işlər naziri iki əsas məsələ barədə İrəvan və Bakı arasında fikir ayrılığının olduğunu deyib.

“Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı biz artıq bir sıra qarşılıqlı razılaşmalara nail olmuşuq, lakin təəssüflər olsun ki, iki əsas məsələ var ki, onlar haqqında tərəflərin fikirləri hələ də bir-birindən uzaqdır.” Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli televiziyaya müsahibəsində sülh müqaviləsi barədə danışarkən deyib.

“Bizim Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanımız var. Ermənistan sülh gündəminə sadiqdir və danışıqlarda bütün məsələlərə konstruktiv yanaşır.”,- Mirzoyan deyib. O  sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı bir sıra qarşılıqlı razılaşmalara nail olunduğunu deyib ancaq iki əsas məsələnin üzərində tərəflərin fikirlərinin bir-birindən uzaq olduğunu vurğulayıb. 

Birincisi, ərazi bütövlüyünün qarşılıqlı tanınması və sonrakı delimitasiya prosesinə aiddir. Ən azı 3-4 dəfə görüş oldu ki, orada tərəflər Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınmasını təsdiqlədilər və delimitasiya prosesinin bu əsasda baş tutmasını razılaşdırdıq. Dövlət katibi Blinkenlə telefon danışığı zamanı Azərbaycanın da bu bəyannaməyə sadiqliyi təsdiqləndi və mənə də qəribədir ki, biz sülh müqaviləsində bu bəyannaməyə istinad etməyə çalışanda Azərbaycanın istəksizliyini görürük”,- Ermənistan XİN başçısı deyib.

Demarkasiya və delimitasiya ilə bağlı işlərə gəlincə, Mirzoyan bildirib ki, bu, ayrıca prosesdir, işçi görüşlər keçirilib və hazırda onların müzakirəsi üçün bir neçə variant var, ola bilsin ki, yaxın vaxtlarda irəliləyiş əldə olunsun.