“KTMT Ermənistanın sərhədlərini faktiki olaraq tanımır”
https://azeri.sahartv.ir/news/qafqaz-i410146-ktmt_ermənistanın_sərhədlərini_faktiki_olaraq_tanımır
Ermənistanın XİN rəhbəri bəyan edib ki, KTMT Ermənistanın sərhədlərini tanımadığını və Cənubi Qafqazda məsuliyyət zonasının aydın olmadığını nümayiş etdirir.
(last modified 2024-04-08T05:49:25+00:00 )
Apr 08, 2024 09:48 Asia/Baku
  • “KTMT Ermənistanın sərhədlərini faktiki olaraq tanımır”

Ermənistanın XİN rəhbəri bəyan edib ki, KTMT Ermənistanın sərhədlərini tanımadığını və Cənubi Qafqazda məsuliyyət zonasının aydın olmadığını nümayiş etdirir.

Ararat Mirzoyan Ermənistanın İctimai Televiziya Şirkətinin efirində deyib: “KTMT-yə üzv olmayan dövlət KTMT üzvü olan dövlətə hücum edib, onu bəzi sərhədləri tanımağa məcbur edirsə, KTMT sanki həmin sərhədləri qəbul edir”.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycanın dövlət sərhədi var və İrəvan bu sərhədi hələ 1991-ci ildə tanıyıb və bununla razılaşıb. SSRİ dövlətlərinin sərhədlərini yeni müstəqil dövlətlərin sərhədləri olaraq tanımaq lazımdır.