Paşinyan Azərbaycanla sülh prosesindən danışıb
Paşinyan: İrəvan və Bakı bir-birinin ərazi bütövlüyünü tanıyır
Apr 09, 2024 14:19 Asia/Baku
Ermənistanın baş naziri bəyan edib ki, əvvəlki razılaşmalara görə, İrəvan və Bakı bir-birinin ərazi bütövlüyünü tanıyır.
Nikol Paşinyan Delfin Pronkun rəhbərlik etdiyi Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin üzvlərini qəbulu zamanı deyib: “Praqa, Brüssel və Qranadada keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsi vacibdir”.
O həmçinin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində rolu vurğulanıb.