Apr 11, 2024 13:18 Asia/Baku
  • ABŞ Qarabağa girmək üçün Ermənistana zirehli texnika verir

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini deyib. O ABŞ-ın Ermənistanın Qarabağa girməsini təmin edəcək zirehli teznikanı İrəvanın ixtiyarına verəcəyindən danışıb.

“Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Səfir qeyd edib ki, ABŞ və Ermənistan arasına hərbi sahə üzrə aktiv müzakirələr aparılır. Onun sözlərinə görə, ABŞ-dan Ermənistana hərbi müşavir də göndəriləcək: “ABŞ-dan göndəriləcək məsləhətçi Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcək”,- Səfir deyib.

Kristina Quinn Ermənistana hərbi texnikanın verilməsinin də müzakirə edildiyini diqqətə çatdırıb:

“Ermənistanın hərbi sahədə nəyə ehtiyacı ola biləcəyi ilə bağlı davamlı müzakirələr aparırıq. Artıq bir neçə məsələdə razılığa gəlmişik. Bu müqavilələrdən birini qeyd edə bilərəm: Ermənistan münaqişə bölgəsinə daxil ola biləcək zirehli təcili yardım maşınları istədi. Biz bununla bağlı razılığa gəlmişik və hazırda bu texnikanın göndərilməsinin yolları üzərində işləyirik”, - Səfir vurğulayıb.

Səfir ABŞ nümayəndələrinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qoşula biləcəyini də istisna etməyib.

Amerikalı səfirin açıqlamaları Vaşinqtonun İrəvana hərbi yardım göstərdiyinin etirafı hesab oluna bilər və təbii ki, Quinnin dedikləri yalnız ictimaiyyətə açıqlanması mümkün olan məlumatlardır.

Bu məlumatlardan bəlli olur ki, ABŞ-ın Ermənistana hərbi texnika verməsi gündəmdədir. Ameriaklı məshlətçinin Ermənistan MN-də işləmək üçün göndərilməsi də bu əməkdaşlığın dərinliyindən xəbər verir. ABŞ-ın Ermənistanla hərbi əməkdaşlıqlarda Azərbaycanın hədəfdə olduğu da tamiylə aydındır.  Səfir  Ermənistanın münaqişə bölgəsinə girə bilmək üçün istədiyi zirehli təcili yardım maşınlarının bu ölkənin ixtiyarına veriləcəyini bildirir bu isə ABŞ-ın Qarabağın yenidən işğal edilməsi planına malik olduğunu deməyə əsas verir.

 

 

Teqlər